İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: "Ukraynanın zədələdiyi bombardmançı təyyarələr bərpa olunacaq"

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynanın hücumuna məruz qalan bombardmançıların zədələndiyini, lakin tamamilə məhv edilmədiyini bildirib. Onun sözlərinə görə, təyyarə bərpa olunacaq.

ABŞ rəsmiləri zədələnmiş təyyarələrin 20 ədəd olduğunu bildirir, onlardan təxminən 10-u tamamilə yararsız hala düşüb. Oxşar məlumatı BBC-nin hərbi eksperti Pavel Aksyonov da bildirib. Ukrayna prezidenti Vladimir Zelenski isə vurulmuş təyyarələrin sayının daha çox olduğunu bildirib.

Mütəxəssislər zədələnmiş təyyarənin təmiri və ya dəyişdirilməsi ilə bağlı qeyri-müəyyənliyi qeyd edirlər. Texnologiyanın mürəkkəbliyi, sovet dövründən qalan bəzi təyyarələrin yaşı və mühüm komponentlərin idxalına Qərbin sanksiyaları bərpa prosesini xeyli çətinləşdirə bilər.

Ukraynanın dronlarının hücumundan sonra əldə edilən peyk görüntüləri Rusiyanın Ukraynanı vurmaq üçün istifadə etdiyi Tu-95 strateji bombardmançı və Tu-22 uzaqmənzilli bombardmançı təyyarələrinə dəyən ziyanı göstərir.

Mövcud məlumatlara görə, Rusiyanın 67 strateji bombardmançı təyyarəsi var: 52 Tu-95 və 15 Tu-160.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR