İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Moskvanı aqressor kimi tanımaqdan çəkinir – Sülh vasitəçiliyi planı

NATO-nun gələcək komünikesində Rusiyanın təhlükə kimi göstərilməsi Vaşinqtonun narazılığına səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Euractiv” diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ istənilən formada Rusiyanı və ya Vladimir Putini Ukraynaya qarşı aqressor kimi təqdim edən ifadələrin NATO sənədində yer almasına ehtiyatla yanaşır.

Vaşinqtonun bu mövqeyinin səbəbi isə Rusiyayla Ukrayna arasında mümkün sülh danışıqlarında vasitəçilik rolunu qoruyub saxlamaq istəyidir.

Xatırladaq ki, NATO-nun növbəti sammiti yaxın günlərdə baş tutacaq və yekun bəyanatda təhlükəsizlik risklərinə dair konkret formulyasiyalar gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR