İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidze: Aİ dialoqa başlamaq xahişlərimizə kobud bəyanatlarla cavab verir

Gürcüstan, aktual mövzular üzrə məsləhətləşmələr və müzakirələr keçirmək xahişinə cavab olaraq Avropa İttifaqından (Aİ) boş və hətta kobud bəyanatlar alır.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

"Biz daim Avropa İttifaqından ən aktual mövzular üzrə məsləhətləşmələr və müzakirələr başlamağı xahiş edirik. Lakin cavab olaraq ümumi, boş və hətta kobud bəyanatlar alırıq. Təəssüf ki, bizim Avropa yanaşmamıza cavab olaraq sovet yanaşması alırıq", - o qeyd edib.

O bildirib ki, Gürcüstana qarşı münasibətin dəyişəcəyinə ümid edirlər: Bu təkcə bizə deyil, həm də Avropa İttifaqına lazımdır. Bizim məqsədimiz ölkənin Konstitusiyasında əks olunub - 2030-cu ilə qədər Avropa İttifaqının üzvü olmaq, o zaman biz buna digər ölkələrdən daha çox hazır olacağıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR