İnsanlara hürriyət, millətlərə istiqlal!

Aliment ödəmədiyinə görə üçüncü dəfə həbs edilib - Bu dəfə 1 il...

İki uşağına görə aliment ödəməyən şəxs həbs edilib. 1993-cü il təvəllüdlü Təbriz 1 il həbsdə qalmalı olacaq.

Musavat.com xəbər verir ki, Təbriz ailəsindən ayrıldıqdan sonra iki uşağına görə təyin olunan aylıq 260 manatı illərdir ödəmirmiş. Buna görə 7800 manatlıq borcu yaranıb.

Təbriz işləmədiyi üçün pulu ödəyə bilmədiyini deyib.

“İcra məmurları tərəfindən dəfələrlə alimentin ödənilməsi məndən tələb olunub. Alimenti ödəmədiyinə görə iki dəfə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs edilmişəm. Lakin maddi imkanım zəif olduğuna görə müəyyən edilmiş alimenti ödəməmişəm. Hazırda da yaranmış aliment borcunu tam olaraq ödəyə bilmirəm. Lakin çalışıb imkanı daxilində ödənişlər edəcəm”- deyə Təbriz son sözündə bildirib.

Uşaqlarının anası isə Təbrizin yalan danışdığını, işlədiyini bildirib. Onun sözlərinə görə Təbriz qazandığı pulu spirtli içkiyə və şəxsi ehtiyaclarına xərcləyir.

Daha əvvəl də alimenti ödəmədiyi üçün iki dəfə həbs edilən Təbriz bu dəfə daha ağır cəza alıb. Məhkəmənin hökm ü ilə Təbriz 1 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR