İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Xarkovu VURDU - Şəhər meri DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ paylaşdı - VİDEO

Ukraynanın Xarkov şəhəri ötən gecə İran istehsalı olan “Şahed” kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, şəhər meri İqor Terexov sosial şəbəkələrdə gecə saatlarında baş verən hücumun görüntülərini paylaşaraq vəziyyətin ağırlığını ictimaiyyətə çatdırıb.

Rəsmi məlumata görə, hücum nəticəsində təxminən 20 nəfər xəsarət alıb. Yaralananlar arasında uşaqlar və hamilə qadın da var. Yaralıların bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları və xilasetmə xidmətləri cəlb olunub.

Dron zərbələri nəticəsində bir neçə yaşayış binası və infrastruktur obyektləri zədələnib. Şəhərdə bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR