Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın ruhani təbəqəyə qarşı dediyi sözlər cəmiyyətdə ciddi narazılıq yaradıb. Etirazçılar bu dəfə fərqli üsula əl atıblar.
Musavat.com xəbər verir ki, İrəvanda Hökumət binasının qarşısında keçirilən aksiya qeyri-adi performansla yadda qalıb. Aksiyaçılardan biri “ölüm” obrazında – qara paltarda, əlində xəncərlə meydana çıxıb. Onun kürəyində isə “Nikolu cəhənnəm gözləyir” sözləri yazılıb.
Etirazçılar bununla Paşinyanın aqibətinin artıq “möhürləndiyini” simvolik şəkildə göstərmək istəyiblər. Aksiya iştirakçıları hesab edir ki, baş nazirin din xadimlərinə qarşı çıxışı erməni cəmiyyətinin mənəvi dəyərlərinə ziddir.
Sosial şəbəkələrdə geniş yayılan görüntülər Ermənistanın siyasi səhnəsinin nə qədər gərgin və emosional olduğunu bir daha ortaya qoyub.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ