İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydendən yüz minlərlə immiqranta jest: Vətəndaşlıq almaq üçün...

ABŞ prezidenti Co Bayden ölkədə potensial olaraq heç bir hüquqi statusu olmayan yüz minlərlə immiqrantlara kömək etmək üçün seçki ilində geniş addımlar atır.

Musavat.com AR-ə istinadən xəbər verir ki, bununla da Bayden bu ayın əvvəlində cənub sərhədi ilə bağlı müdafiəçilərini və bir çox Demokrat millət vəkillərini qəzəbləndirən hərəkətlərinə tarazlıq yaratmağa çalışır.

Ağ Ev bu gün Bayden administrasiyasının yaxın aylarda ABŞ vətəndaşlarının qanuni statusu olmayan həyat yoldaşlarına daimi yaşayış və nəhayət, vətəndaşlıq hüququ almaq üçün müraciət etməyə icazə verəcək. Yüksək səviyyəli administrasiya rəsmiləri bildiriblər ki, bu addım yarım milyondan çox immiqrantı əhatə edə bilər.

Vətəndaşlıq hüququ əldə etmək üçün immiqrant iyunun 17-dək 10 il ABŞ-da yaşamalı və ABŞ vətəndaşı ilə evli olmalıdır.
Kvalifikasiyalı immiqrant statusu üçün müraciət təsdiqlənərsə, həmin şəxs yaşıl kart və müvəqqəti iş icazəsi üçün müraciət etmək, müraciətin cavabı alınacaq 3 illik müddətdə deportasiya olunmamaq hüququ əldə edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR