İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydendən ilginc Krım açıqlaması

Hərbi ekspert: “ABŞ və müttəfiqləri Ukraynanı tam olaraq əks-hücuma hazırlamayıb, bu baxımdan onun fikirləri qaranlıqdır, bizə çatanda isə zülmətə çevrilir”

“Krımın Ukraynaya qaytarılması vacibdir, lakin işğalçı Rusiya ilə genişmiqyaslı müharibəyə son qoymaq üçün bir çox başqa məsələlər də həllini tapmalıdır. Ukrayna ordusu əks-hücum əməliyyatına hazırdır, lakin qarşıda uğurlu çətin vəzifələr var”.

Bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Amerikanın Səsi”nə görə, NATO-nun Vilnüs sammitindən sonra o, Krimin qaytarılmasının vacib olduğunu, lakin işğalçı Rusiya ilə müharibəni dayandırmaq üçün başqa məsələlərin həllinə ehtiyac olduğunu bildirib.

“Daha 17 məsələni də tam həll etmək lazımdır. Krım vacibdir, lakin həlledici olan bir çox başqa şey var”, - deyə o qeyd edib. Ağ Ev başçısına görə, Ukrayna ordusu uğurlu əks-hücuma köklənib, lakin onu da başa düşürlər ki, həll edilməli çətin vəzifələr var.

ABŞ lideri bununla nə demək istəyir? Az öncə, NATO sammitindən sonra o demişdi ki, Putin müharibəni uduzub, çünki Rusiyanın müharibəni uzun müddət davam etdirməyə resursu kifayət deyil.

Qazilər haqlarını qanun çərçivəsində tələb etməlidirlər" - Hərbi ekspert

 Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli deyir ki, Co Baydenin fikirləri ciddi qəbul olunmalıdır: “Lakin başqa məsələlər də var. Onun fikirləri təhlil edildiyi zaman ortaya başqa suallar çıxır. Bu suallar Co Baydenin vəziyyətdən çıxış yolları ilə bağlı qeyri-müəyyən fikirlər səsləndirməsi ilə əlaqəlidir. Əgər Ukrayna əks-hücuma hazırdırsa, onun əks-hücumunun qarşısını alan 17 məsələ hansılardır? Əgər 17 məsələ tam həll edilməyibsə, deməli, ABŞ və müttəfiqləri Ukraynanı tam olaraq əks-hücuma hazırlamayıb. Bu baxımdan Co Baydenin fikirləri qaranlıqdır, bizə çatanda isə zülmətə çevrilir”.

Hərbi ekspert deyib ki, Krım məsələsi Rusiya üçün ölüm-qalım məsələsidir: “Krımın Rusiya tərəfindən ilhaqı Rusiyanın siyasi iradəsini, hərbi sistemini ortaya qoydu. Ötən 9 il ərzində Rusiya Krımda mövqelərini gücləndirib. 2022-ci ilin fevralına qədər Rusiya-Ukrayna qarşıdurmasında cəbhə xətti Luqans və Donetskdən keçirdi. Bu gün isə cəbhə xətti 1400 kilometrdir. Əgər cəbhə xətti bir qədər də genişlənsə, Belarus ərazisindən Ukraynaya hücumlar başlasa, cəbhə xəttinin miqyası olduqca geniş olacaq. Bu da Ukrayna üçün çox ağır nəticələrə gətirib çıxaracaq”.

Hərbi ekspert deyib ki, ABŞ Prezidenti Co Bayden prezidentlik dönəminin sonlarına yaxın dünyanı çox çətin, kritik sınaqla üz-üzə qoyub: “Bu vəziyyət həm Avropanı, həm keçmiş sovet dövlətlərini çətin duruma salıb. Avropa silah-texnika anbarlarını boşaldıb, indi də məcburdur ki, silah-texnikaları ABŞ-dan alsın. Rusiyanın isə silah-texnika təminatının bitməsi haqda fikirlər də absurddur. Rusiyanın bütün hərbi sənaye müəssisələri 3 növbədə işləyir və silah-sursat istehsal edir. Xammal istehsal edən müəssisələr xaricə mal satmır, yalnız daxili tələbatı ödəyir. ABŞ prezidenti səviyyəsində belə açıqlamaların səsləndirilməsi qeyri-ciddidir. ABŞ prezidenti özünü hərbi icmalçı kimi təqdim edən şəxs kimi danışır”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR