İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Ukraynaya əsgər göndərir, vəziyyət QIZIŞDI – Elxan Nuriyevlə “Canlı debat”

ABŞ Prezidenti Co Bayden Ukraynada ABŞ Konstitusiyasına zidd gizli əməliyyat həyata keçirir.

Bunu Nyu Cersi ştatının Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano “Vaşinqton Post” qəzetinə yazdığı məqalədə bildirib. “Təqdim olunan avadanlığın bəzilərindən istifadə etmək o qədər çətindir ki, ABŞ hərbçiləri şəxsən Ukraynaya gedib Ukrayna Silahlı Qüvvələrinə təlim keçməli olurlar”, - deyə qeyd edilib.
Napolitanonun fikrincə, amerikalıların gizli mövcudluğu müəyyən çətinliklər yaradır. Təlimçilər mülki geyimdə olduğundan hansısa rəsmi əməliyyatdan danışmaq mümkün deyil. Eyni zamanda, rus qoşunları onlara atəş aça və ya Ukraynanın xeyrinə casusluqda ittiham edə bilər.
Keçmiş hakim xatırladıb ki, oxşar vəziyyət bir dəfə Vyetnamda yaranıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ukraynada döyüşən polkovnik Elxan Nuriyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR