İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden uduzdu, ailəsi HƏRƏKƏTƏ KEÇDİ

ABŞ prezidenti Co Baydenin qohumları onun keçmiş dövlət başçısı Donald Trampla teledebatda uğursuzluğa düçar olmasında günahkarı tapıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin informasiyasına əsasən, Baydenin yaxınları bu məsələdə onun köməkçilərini və müşavirlərini suçlayıblar.

Məsələ ilə yaxından tanış olan 3 nəfərin sözlərinə görə, Co Baydenin ailəsi prezidenti zəif performansa görə məsuliyyət daşıdığına inandıqları komandasının üzvlərini işdən çıxarmağa və ya vəzifəsini aşağı salmağa çağırıb. Onların arasında Ağ Evin keçmiş aparat rəhbəri Ron Klayn və prezidentin şəxsi vəkili Bob Bauer də var. Mənbələr qeyd ediblər ki, dövlət başçısı çətin ki, yaxın gələcəkdə bu məsləhətə əməl etsin.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Baydenin ailə üzvləri onun seçki kampaniyasını davam etdirməkdə israrlıdırlar. Buraya xüsusilə onun həyat yoldaşı Cil və oğlu Hunter daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR