İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: Qəzzada atəşkəs İranı İsrailə hücum etməkdən çəkinməyə məcbur edə bilər

Qəzza zolağında atəşkəs razılaşması İranı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücumlardan çəkinməyə məcbur edə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden danışıb.

"Mən gözlədiyim budur. Danışıqlar "çətin" keçsə də, mən təlim olmayacam”, - deyə Bayden bildirib.

“Times of Israel”in yazdığına görə, Bayden atəşkəs razılaşmasının əldə edilməsinin “getdikcə daha çətin” olduğunu ifadə edib.

“İranın nə edəcəyini görəcəyik və hücum olarsa nə olacağını görəcəyik. Amma mən təslim olmaq fikrində deyiləm”, - deyə Bayden qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR