Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden X şəbəkəsindəki mikrobloqunda Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyü barədə bəyanat yayıb.
Musavat.com xəbər verir ki, o, bəyanatında Harrisi ən uğurlu namizəd kimi dəyərləndirib: “Mənim demokrat yoldaşlarım, mən namizədliyi irəli sürməmək qərarına gəldim və səlahiyyət müddətimin qalan hissəsində bütün enerjimi Prezidentin vəzifələrini yerinə yetirməyə yönəldəcəyəm. 2020-ci ildə partiya namizədi kimi ilk qərarım Kəmalə Harrisi vitse-prezident seçmək oldu. Və bu, indiyə qədər verdiyim ən yaxşı qərar idi. Bu gün Kəmalənin bu il partiyamızın namizədi olmasına tam dəstəyimi bildirmək istəyirəm. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır. Gəlin bunu edək”.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ