Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahudan Yaxın Şərqdə gərginliyin artmasına son qoymağı tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, cümə axşamı sərt söhbət zamanı Bayden özəl olaraq Netanyahudan bölgədə eskalasiyanı dayandırmağı və Qəzza zolağında atəşkəsə dair Fələstinin radikal HƏMAS hərəkatı ilə dərhal razılığa gəlməyi tələb edib.
Axios-un mənbələri qeyd edir ki, Bayden və onun əsas köməkçiləri Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən və şiə Hizbullah hərəkatının hərbi qanadının komandirlərindən biri Fuad Şokrun Beyrutda zərərsizləşdirilməsindən dərin məyusdurlar.
Bayden Netanyahu ilə telefon danışığı zamanı İsrailin son günlər tutduğu "kursdan narazı olduğunu” deyib.
“Bayden Netanyahuya bildirib ki, Birləşmiş Ştatlar İsrailə İranın hücumunu dəf etməyə kömək edəcək, lakin İsrail bundan sonra eskalasiya etməyəcək və dərhal girovların azad edilməsi ilə bağlı razılaşmaya keçəcək”, - portal yazır.
Qeyd edilir ki, İsrail vəziyyəti daha da gərginləşdirməyə qərar verərsə, ABŞ Netanyahuya kömək etməyəcək.
Şahanə Rəhimli,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ