İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: “NATO və Rusiyanın birbaşa qarşıdurması üçüncü dünya müharibəsidir”

“Biz Avropadakı müttəfiqlərimizin yanında duraraq səhvsiz bir mesaj vermək istəyirik: Biz NATO ərazisinin hər bir qarışını NATO-nun vahid və çevik gücü ilə qoruyacağıq”.

APA-nın xəbərinə görə bunu ABŞ Prezidenti Co Bayden bunu keçirdiyi mətbuat konfransında deyib.

O, ABŞ və müttəfiqlərinin Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib.

“Biz Ukraynada Rusiyaya qarşı müharibədə döyüşməyəcəyik. Rusiya ilə NATO arasında birbaşa qarşıdurma 3-cü dünya müharibəsidir. Biz bundan çəkinməyə çalışmalıyıq. Amma, biz bilirik ki Putin Ukraynaya qarşı müharibəsində heç vaxt qələbə qazanmayacaq. O, Ukraynaya döyüşsüz dominantlıq etməyə ümid etdi, bacarmadı. O, Avropanın qətiyyətini bölməyə çalışdı, amma bacarmadı. O, NATO-nu zəiflətməyə çalışdı, bacarmadı. ABŞ demokratiyasını bizim mövqeyimiz baxımından parçalamaq istədi bacarmadı. Amerika xalqı birləşib, dünya birləşib və biz Ukrayna xalqının yanındayıq”, - deyə Bayden bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR