İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: “ABŞ Kiyevsiz heç bir danışıqlarda iştirak etməyəcək”

ABŞ prezidenti Co Bayden Xersonun azad edilməsini Ukraynanın mühüm qələbəsi adlandırıb və o, qeyd edib ki, ABŞ Kiyevsiz heç bir danışıqlarda iştirak etməyəcək.

Musavat.com xəbər verir ki, bu fikirləri Co Bayden G20 sammitinə gedərkən jurnalistlərə açıqlama verərkən deyib.

"Əvvala, bu, Ukrayna üçün əhəmiyyətli qələbə idi və mən Ukrayna xalqının və Ukrayna hərbçilərinin cəsarətini, qətiyyətini, döyüş qabiliyyətini alqışlamaya bilmərəm. Yəni, onlar həqiqətən heyrətamiz idilər", - Bayden deyib.

ABŞ prezidenti qeyd edib ki, ABŞ Ukrayna Qüvvələrinə silah verməkdə davam edəcək.

"Mən açıq şəkildə bildirdim ki, biz Ukrayna xalqına özünü müdafiə etmək üçün silah verməyə davam edəcəyik və biz heç bir danışıqlara onlarsız getmək fikrində deyilik. Ukraynasız heç nə yoxdur", - Bayden əlavə edib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR