İnsanlara hürriyət, millətlərə istiqlal!

Baxmut "cəhənnəmə" çevrilib - 1 aya 11 min itki

Ukrayna ordusu bir ay ərzində Baxmut (Artemovsk) uğrunda gedən döyüşlərdə 11 minə yaxın hərbçi itirib. Ukrayna Silahlı Qüvvələrinin yaralı və təslim olmuş, itkin düşmüş hərbi qulluqçularının, eləcə də əcnəbi muzdluların sayı hələlik məlum deyil.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya hücum dəstələrinin komandanlığına istinadən məlumat yayıb. Ukrayna Silahlı Qüvvələrinin sıradan çıxarılmış silah və texnikasının sayı ilə bağlı məlumatlar da açıqlanmır.

Rusiya mediası həmçinin yazır ki, məlum ağır itkilər və cəsədlərin daşınmasında yaranan problemlər səbəbindən Ukrayna komandanlığı Minkovka kəndi yaxınlığında səyyar krematoriya yerləşdirib.

Qondarma "Luqansk Xalq Respublikası"nın xalq milisinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko açıqlamasında bildirir ki, cəsədlər hətta yük maşınları və pikaplarla daşınır.

Eyni zamanda, Rusiya rəsmiləri bəyan edirlər ki, hücum qoşunları artıq Artemovskın yarısına nəzarət edirlər. Bu isə Ukrayna müdafiə qruplarının təchizat marşrutlarının Rusiya Silahlı Qüvvələrinin atəşi altında olması deməkdir.

Qeyd edək ki, Ukrayna tərəfi də sözügedən istiqamətdə baş tutan döyüşlərdə rusların minlərlə itki verdiyini bəyan edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR