İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bavariya" Ronaldonu niyə transfer etməyib?

"Bavariya"nın idman direktoru Hasan Salihamidziç hücumçu Kriştiano Ronaldonu niyə transfer etmədikləri haqda danışıb.

Qol.az "Bild"ə istinadən xəbər verir ki, o deyib: “Biz Ronaldo haqqında danışdıq. Amma mən Jorje Mendeşə açıq şəkildə dedim ki, bu, bizim üçün mümkünsüz işdir. Həmin transfer nə maliyyə, nə də idman baxımından “Bavariya”ya yaraşırdı. Bu, bizim fəlsəfəmizə uyğun deyildi ".


Xatırladaq ki, ötən ilin noyabrında "Mançester Yunayted"də ayrılan Kriştiano Ronaldo dekabrda "Əl-Nəsr"lə 2.5 illik müqavilə imzalayıb. Portuqaliyalı hücumçunun Səudiyyə Ərəbistanı klubuna transfer olunmazdan əvvəl "Çelsi" və ya "Bavariya"ya keçmək istədiyi barədə xəbərlər yayılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR