Onlayn ictimai-siyasi qəzet
Rusiya İstintaq Komitəsinin (İQK) sədri Aleksandr Bastrıkin bildirib ki, Rusiya pasportu almış 30 mindən çox miqrant ölkədə hərbi qeydiyyata alınıb. Onun sözlərinə görə, bunlardan 10 mini “yeni rusla”r adlanan xüsusi hərbi əməliyyat zonasına göndərilib.
Musavat.com xəbər verir ki, bu barədə Sankt-Peterburq beynəlxalq hüqiq forumundan çıxış edən Bastrıkin Rusiya vətəndaşlığını alan əcnəbilərin dərhal hərbi qeydiyyata alınmasına çağırıb.
Bastrıkin deyib: “Bizdən soruşurlar: onlar orda nə üçün lazımdır? Yoldaşlar, səngərlər qazın və istehkamlar tikin. Bunun üçün həqiqətən yaxşı, işləyən əllər lazımdır. Bu gün onlar bizim arxa bölmələrimizin sıralarına qoşulurlar”.
Bastrıkin əvvəllər müharibədə iştirakdan imtina etdikləri üçün miqrantları vətəndaşlıqdan məhrum etməyi təklif etmişdi.
"Əgər siz Rusiya vətəndaşı kimi hərbi borcunuzu yerinə yetirməyə hazır deyilsinizsə, belə bir şəxsi vətəndaşlıqdan məhrum etmək barədə qərar qəbul etməlisiniz", - Bastrıkin bildirib.
Ancaq miqrantları cəbhəyə heç də tikinti işləri üçün aparmırlar.
Bundan əvvəl Çelyabinsk vilayətində onlarla miqrant sürücü hərbi komissarlığa aparılıb və onlara çağırış vərəqələri verilib. Qeyd olunub ki, hərbi komissarlıq və yol müfəttişliyi əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Rusiya vətəndaşlığını qəbul edən, lakin hərbi qeydiyyatdan keçməyən əcnəbilərə rast gəlinib.
Rostovda gecə klublarında və hostellərdə axtarış zamanı 35 nəfərin tutulduğu bildirilib. Onların hamısı hərbi komissarlıqlara göndərilib, 22 miqrant isə inzibati məsuliyyətə cəlb edilib.
Voronejdə “Fakel” stadionunun tikintisində onlarla miqrant saxlanılıb. Növbə ilə hərəkət edən fəhlələrin əllərini qabaqdakının çiyninə qoymaq məcburiyyətində qalan görüntülər nümayiş etdirilib. Onları polis və bir neçə kamuflyajlı kişi müşayiət edib. Qeyd olunub ki, əvvəllər həmin tikinti sahəsində işləyən 15 miqrant da çağırış vərəqəsi alıb.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ