Onlayn ictimai-siyasi qəzet
Rusiyanın əleyhdarları bilməlidirlər ki, Rusiyaya başqalarının torpağı lazım deyil, amma əlində olandan da əl çəkməyəcək.
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
“Mən dostlarımız və müttəfiqlərimizin anladığı, opponentlərimizin dinləməli olduqları məlum şeylər haqda danışmaq istəyirəm. Bizə başqasının torpağı lazım deyil, amma əlimizdə olandan heç vaxt əl çəkməyəcəyik, belədir, belə də olacaq”, - Rusiya rəsmisi bildirib.
Medvedev vurğulayıb ki, Rusiya başqasının torpağının bir qarışını da istəmir, amma öz torpağının yarım santimetrini belə verməyəcək, bu prinsip federasiyanın kontinental şelfinə də aiddir./Teleqraf.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ