İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! Ukrayna PUA-ları Moskvaya HÜCUM ETDİ, Ukrayna bu ərazini ƏLƏ KEÇİRDİ - Rusiya ETİRAF ETDİ

Ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vilayəti üzərində 11 PUA vurub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, daha 23 PUA Bryansk, altısı Belqorod, üçü Kaluqa, ikisi isə Kursk vilayəti üzərində məhv edilib. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, PUA hücumları nəticəsində xəsarət alan olmayıb.

Moskva meri Sergey Sobyanin isə paytaxta hücum cəhdinin “bütün zamanların ən böyüklərindən biri” olduğunu bildirib.

İlkin məlumata görə, dağıntı və tələfat olmayıb.

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində növbəti uğur əldə edib.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.

“Ukrayna qüvvələri Qluşkov rayonunda Rusiyanın Seym çayı üzərindən ponton körpülərə və mühəndis avadanlıqlarına zərbələr endirir. Peyk görüntüləri göstərir ki, avqustun 19-da Ukrayna hərbçiləri Seym üzərində ən azı bir ponton körpüsünü dağıdıblar.

Bəzi rusiyalı hərbi blogerlər Ukrayna hərbçilərinin Vişnevkanı ələ keçirdiklərini iddia ediblər. Hətta Rusiya Müdafiə Nazirliyi avqustun 19-da yayımladığı məlumatda Ukraynanın Vişnevka bölgəsində qazandığı uğurları üstüörtülü şəkildə etiraf etmişdi”, - hesabatda qeyd olunub.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR