Onlayn ictimai-siyasi qəzet
"Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə qazanılan uğurlar, görülmüş işlər göz önündədir".
Musavat.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Baş Prokurorluqda “Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar” keçirilən təntənəli mərasimdə deyib.
O bildirib ki, müstəqil dövlətin qurulması, atributlarının yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Prezident İlham Əliyev isə Ulu Öndərin siyasi kursunun layiqli davamçısıdır. 2003-cü ili bugünkü kimi xatırlayıram. Ulu Öndər Heydər Əliyev Prezident İlham Əliyev üçün öz namizədliyini geri götürdü. Orda çox gözəl bir söz işlətdi ki, "mən əminəm ki, yerinə yetirilməli olan bütün taleyüklü məsələlər mütləq öz həllini tapacaq".
K. Əliyev söyləyib ki, Azərbaycan müxtəlif sahələrdə davamlı olaraq inkişaf edir: "İlham Əliyevin diplomatik məharəti, balanslaşdırılmış xarici siyasəti nəticəsində bu gün Azərbaycan yerləşdiyi ən mürəkkəb geosiyasi məkanda üstün pillədə saxlamaq asan deyil. O dövr ilə indiki zamanı müqayisə edirəm. Bu cür sürətli inkişaf yolunu keçən başqa ölkə yoxdur. Bunu xüsusilə qeyd etməyi özümə borc bilirəm. Ordu quruculuğu asan məsələ deyil və iqtisadiyyatla bağlıdır. Bu ölkənin suverenliyinin qorunmasına xidmət edir. İkinci Qarabağ müharibəsi zamanı, 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı uğur, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi çox mühüm məsələdir. Biz daim düşünməliyik ki, bütün bunların arxasında dövlət başçısının uzunmüddətli siyasəti və gərgin iş rejimində çalışması dayanıb. Bu əməliyyat elə bir zamanda həyata keçirildi ki, heç bir xarici dövlətlər, beynəlxalq təşkilatlar irad, tənqidi fikir bildirə bilmədilər. Bəzi ermənipərəst dövlətlər, təşkilatlar hər zaman olub, olacaq. Onlar Azərbaycanın gördüyü işlərə kölgə salmağa çalışırlar lakin heç vaxt buna nail ola bilməyəcəklər. Ölkədə təhlükəsizliyin təmin edilməsi yüksək səviyyədədir. Digər dövlətlərdə cinayətkarlıqla mübarizə bizim kimi aparılmır. Xarici qonaqlar Azərbaycana gəlməzdən qabaq kriminogen durumu öyrənirlər. Onlar digər ölkələrlə müqayisədə Azərbaycanda gecə saatlarında rahatlıqla küçəyə çıxa bilirlər. Bu təbii ki, Azərbaycanın uğurudur".
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ