Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp iyunun 1-dən Avropa İttifaqından idxal olunan mallara 50 faizlik rüsumların tətbiqini tövsiyə edir.
Musavat.com xəbər verir ki, Ağ Ev sahibi Truth Social hesabında bunu Aİ ilə ticarət danışıqlarının mürəkkəbliyi ilə əsaslandırıb: "Onlarla apardığımız müzakirələr heç bir nəticə vermir! Ona görə də 2025-ci il iyunun 1-dən Avropa İttifaqı üçün 50 faizlik birbaşa tariflərin tətbiqini tövsiyə edirəm".
Eyni zamanda o xatırladıb ki, Avropa şirkətləri öz məhsullarını ABŞ-da istehsal edərlərsə, heç bir rüsum ödəməli olmayacaqlar.
Tramp iddia edib ki, Avropa İttifaqının yaradılmasının əsas məqsədlərindən biri ticarətdə ABŞ üzərində üstünlük əldə etmək olub. Amerika prezidenti həmçinin vurğulayıb ki, ABŞ və Aİ arasında ticarət kəsiri qəbuledilməzdir və 250 milyard dollar təşkil edir.
ABŞ Ticarət Nümayəndəsi Jamison Greer-in ofisinə görə, 2024-cü ildə Aİ ilə ticarət kəsiri 12,9 faiz artaraq 235,6 milyard dollar təşkil edib.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ