İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanın tam işğalını istisna etmir – Lavrovdan sərt mesaj

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı yeni sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Lavrov Rusiya tərəfinin məqsədinin yalnız Donbasla məhdudlaşmadığını, bütün Ukraynanın, xüsusilə də rusdilli əhalinin “Zelenskinin xuntasından azad edilməli” olduğunu bildirib. “Ukrayna ərazisində milyonlarla insan rus dilində danışır, bu, onların ana dilidir. Bu insanları rus dilində danışmağı belə qadağan edən bir xuntanın idarəsində qoymaq – bu, əsl cinayət olar,” – deyə Lavrov vurğulayıb.

Nazirin bu açıqlaması Rusiya rəhbərliyinin Ukraynaya qarşı hərbi əməliyyatlarını “müdafiə” və “azadlıq” adı altında davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Beynəlxalq ictimaiyyət bu kimi ritorikanı Ukraynanın suverenliyinə qarşı birbaşa təhdid və təcavüz kimi qiymətləndirir.

Lavrovun sözləri bölgədə gərginliyin daha da artacağından xəbər verir və diplomatik danışıqların perspektivini daha da çətinləşdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR