İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir qərar imzaladı

“Yüksək riskli zonaların müəyyən edilmə əsasları” təsdiq edilib.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 9.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və yüksək riskli zonaların müəyyən edilmə əsaslarını tənzimləyir.

Qərara əsasən, yüksək riskli zonalar əsasən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarları və Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatları, eləcə də FATF tərəfindən edilmiş ictimai bəyanatlarla müəyyənləşdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR