İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir 18 illik həyat yoldaşından boşanır (FOTOLAR)

Kanadanın baş naziri Castin Trüdo və həyat yoldaşı Sofi 18 illik evlilikdən sonra ayrıldıqlarını açıqlayıb.

Musavat.com bu barədə xarici mediaya istinadən bildirir.

“Sofi və mən bildirmək istərdik ki, bir çox mənalı və çətin söhbətlərdən sonra yollarımızı ayırmaq qərarına gəldik”- Trüdo Tvitter hesabında yazıb.

“Həmişə olduğu kimi, biz bir-birimizə və birlikdə qurduğumuz, qurmağa davam edəcəyimiz hər şeyə məhəbbət və hörmətə bağlı ailə adamları olaraq qalırıq”, - 51 yaşlı baş nazir daha sonra əlavə edib.

Baş nazirin ofisindən bildirilib ki, cütlük rəsmən ayrılıq müqaviləsi imzalayıb. “Onlar verdikləri qərarla bağlı bütün lazımi hüquqi və etik addımların atılmasını təmin ediblər və gələcəkdə də atacaqlar", - baş nazirin mətbuat xidmətindən bildiriblər.

Kanadada ayrılıq müqaviləsi məhkəmə tərəfindən təsdiqlənən rəsmi boşanma deyil, ər-arvadın ayrılmaq üçün qanuni qərarıdır. Ayrılıq ər-arvadın münasibətlərini deyilsə, ən azı boşanmanın maddi tərəfi və uşaqların qəyyumluğu ilə bağlı məsələləri həll etmək üçün vaxt verir. Bir illik ayrılıq son boşanma üçün əsas ola bilər. “Uşaqlarımızın rifahı naminə sizdən bizim və onların şəxsi həyatına hörmətlə yanaşmağınızı xahiş edirik", - baş nazir müraciətində bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR