Onlayn ictimai-siyasi qəzet
Salyanda sabiq baş həkim və həyat yoldaşının xüsusi amansızlıqla qətlə yetirilməsinin səbəbi məlum olub.
Musavat.com mətbuat.az-a istinadən xəbər verir ki, hadisə qarət məqsədi ilə törədilib. Gecə saatlarında evə daxil olan naməlum şəxs və ya şəxslər 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanı qətlə yetirərək meyitləri evin həyətindəki bağda gizlədib. Daha sonra cinayətkar evdə axtarış aparıb. Hər iki şəxsin öldüyünə əmin olandan sonra həmin şəxs və ya şəxslər evdən külli miqdarda pul, qızıl və digər qiymətli əşyaları götürüb hadisə yerindən uzaqlaşıb.
Xatırladaq ki, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür. Hələlik qətli törədən şəxs və ya şəxslər məlum deyil.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ