Onlayn ictimai-siyasi qəzet
Dünyaşöhrətli "Barselona" futbol klubunun nümayəndələri Bakıda "ASK Arena" və "Liv Bona Dea Arena" stadionlarına baxış keçiriblər.
Baxış keçirənlər arasında "Barselona" futbol akademiyasının Avropa, Yaxın Şərq və Afrika (EMEA) bölgəsinin rəhbəri Mark Sabate Ferre və Avropa və Afrika üzrə texniki koordinatoru Bernat Villa Ay Qorris də olublar.
Qeyd edək ki, daha öncə "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycana gələrək burada "Barselona" klubunun akademiyasını yaratmaq istədiklərini bildirmişdi. (Oxu.Az)
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ