İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Trampın sülh fəaliyyətlərinin əhəmiyyətini alçaltmaq yolu tutub

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Ukraynada sülhə nail olmaq üçün fəaliyyətlərini heçə endirməyə çalışır.

Musavat.com xəbər verir ki, bu mövqe “The New York Post” qəzetinin geniş yazısında yer alıb.

Məqalədə qeyd edilir ki, Tramp Alyaska görüşündən dərhal sonra Avropa liderləri və Valdimir Zelenski ilə görüş təşkil edərək, vahid təkliflərini Rusiya tərəfinə çatdırıb. Lakin Putin işğalı dayandırmayıb və cavabı qəsdən gecikdirir.

Məqalədə qeyd edilir ki, Rusiya Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə belə razılıq verməyib. Məqalədə “Kremlin hücum iti” adlandırdığı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Avropanı tənqid edərək diplomatik səylərin əhəmiyyətini azaltmağa çalışdığı qeyd olunur. Lavrov bildirir ki, Zelenski ilə Putin arasında görüş yalnız müəyyən şərtlər yerinə yetirildiyi halda baş tuta bilər ki, bu da adətən qeyri-mümkündür və Qərbin Rusiyanın razılığı olmadan Ukraynanı müdafiə etmək vədləri “heç bir yerə aparan yoldur”. Nəşr xatırladır ki, Alyaska sammitindən sonra Rusiya Ukraynada 14 mülki vətəndaşı öldürüb, Zelenski ilə Trampın görüşündən sonra isə Ukrayna şəhərlərinə 270 pilotsuz uçan aparat və 10 raket atıb ki, bu da bu ay ərzində ən kütləvi hücumdur.

“The New York Post”a görə, Putin ancaq maliyyə dilini başa düşür: Rusiya iqtisadiyyatı hazırda müharibə xərcləri, kəskin inflyasiya və beynəlxalq sanksiyalar səbəbindən ciddi təzyiq altındadır. Buna görə də nəşr Rusiyanın kölgə bazarlarını hədəfə alacaq ikinci dərəcəli sanksiyaların tətbiqinin vacibliyini qeyd edir: "Məhz avqustun 8-də ABŞ-ın bu cür sanksiyalarla hədələnməsi Putini Alyaska sammitinə razılıq verməyə inandırdı. Lakin o vaxtdan bəri Putin bizi ancaq "burnumuzdan tutub apardı". Bəsdir. Siz başa düşürsünüz ki, cənab prezident, bu qüvvə öz sözünü deyir”.

Nəşr həmçinin hesab edir ki, tariflər artırılmalı və Rusiyanın neft və faydalı qazıntılar ticarətinə mane olmaq yolu tapılmalıdır: "Bu, Moskvanın diqqətini tez bir zamanda cəlb edəcək. Bu, Putini də sizin kimi sürətlə hərəkət etməyə məcbur edəcək. Və bu, Allahın köməyi ilə qətlləri dayandıracaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR