Onlayn ictimai-siyasi qəzet
La Liqanın prezidenti Xavyer Tebas hazırda PSJ-də çıxış edən Lionel Messini "Barselona"ya mümkün qayıdışından növbəti dəfə danışıb.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, o, bu keçidin "Barselona" üçün çətin olacağına inanır:
“Bu gün hər şey çətindir. Hələ vaxt var, amma maliyyə feyr-pley qaydalarına görə klub futbolçu satmalıdır. Bu Messinin transferi üçün lazımdır. Daha bir məsələ var. Bu, Messinin maaşıdır. "Baselona" PSJ deyil ki, nefti və pulu olsun.
"Barselona" oyunçuları qeydiyyatdan keçirə bilmək üçün maaşı kəsintisi etməlidir. Sanki metroda bəzilərini çölə buraxmaq lazımdır ki, başqaları daixil ola bilsin. İnsanlar hələ də metrodan düşməlidirlər”.
Qeyd edək ki, Messi 2004-2021-ci illərdə də Kataloniya klubunda oynayıb. Onun bu yay "Barselona"ya qayıdacağı gözlənilir.
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ