İnsanlara hürriyət, millətlərə istiqlal!

"Barbi ilə oynayan qızlar böyüyüb barbi olmaq istəyirlər" - Psixoloq

Bir neçə gün öncə plastik əməliyyatdan sonra dünyasını dəyişən “Medera Hospital” klinikasının işçisi Aygün Abbasovanın ölümü ilə bağlı xəbər verdik. Qeyd edək ki, bu kimi hallar ilk deyil.

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən psixoloq Mələk Kərimzadə deyir ki, bəzən zərurətdən irəli gəlsə də, bəzən də vətəndaşlar estetiklə bağlı qərar verməkdə ifrata varırlar. Bunun bir sıra səbəbləri var:

WhatsApp Image 2023-06-09 at 18.16.18.jpeg (26 KB)

“Sosial media inkişaf etdikcə bəzi foto proqramlarda özlərini sınayan gənclər “fotoşop” effekti ilə fotolarını düzəltdikdən sonra gerçək simalarından narazı qalırlar. Tez-tez güzgüyə baxır, hədsiz makiyaj edirlər, hətta öz zahiri görüntülərini başqaları ilə müqayisə edib, yetərincə gözəl olmadıqlarını düşünərək, öz istədikləri standartlara çatmaq istəyirlər. Bu onların iş prinsiplərinə təsir edir, eləcə də sosial münasibətlərində də özünü göstərir. Öz zahiri görüntüləri ilə bağlı kompleks yaşayan insanlar davamlı əməliyyatlara girir və razı qalmadıqda yenidən əməliyyat etməyi gözə alırlar. Bu hal psixologiyada bir növ pataloji hal kimi qəbul edilir. Sosial medianın təsiri ilə yanaşı, kiçik yaşlı qızların əllərinə verilən barbi gəlinciklər belə şüuraltımıza bəzi gizli mesajları vermiş olur. Həmin barbi gəlinciklərinin standartlara görə boyu hündürboydur, eləcə də müəyyən vücud ölçüləri bəlirgin olur. Erkən yaşlardan etibarən bu oyuncaqlarla oynayan qız uşaqları gözəlliyi məhz həmin barbi standartlarına görə müəyyən edirlər və yeniyetməlik dövrünə gələn zaman məhz bu ideal görkəmi yaratmağa çalşırlar”.

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR