Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Samara şəhərində faciəvi hadisə baş verib. Buz üzərində balıq tutan kişi gözlənilmədən buzun sınması nəticəsində çaya düşərək həyatını itirib.
Hadisə şahidlərinin sözlərinə görə, ətrafda olan iki nəfər onun həyatını xilas etmək üçün dərhal müdaxilə edib. Onlar sudakı balıqçıya kabel ataraq və buz üzərində sürünərək yaxınlaşmağa çalışıblar. Lakin bu cəhdlər zamanı onlardan biri özü də suya düşüb və son anda çətinliklə də olsa, oradan çıxmağı bacarıb.
Bütün səylərə baxmayaraq, balıqçını xilas etmək mümkün olmayıb. O, suyun altında boğularaq həyatını itirib. Faciə anı şahidlər tərəfindən lentə alınıb və sosial şəbəkələrdə yayılıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, Rusiyanın bir çox bölgəsində mart ayında buzla örtülmüş su hövzələrində balıq tutmaq təhlükəli hesab olunur. Havaların getdikcə isinməsi səbəbindən buz təbəqəsi nazilir və yükə davamsız olur. Lakin bu riskə baxmayaraq, bir çoxları qış balıqçılığını davam etdirirlər.
Musavat.com hadisə ilə bağlı videoni təqdim edir.
@@TVmusavat/111337@@
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ