İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb

Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə oktyabrın 5-i saat 18:20 rayonun Hənifə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR