Onlayn ictimai-siyasi qəzet
Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qullar kəndi ərazisində baş verib.
"Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və hazırda fəaliyyət göstərməyən dükana çırpılıb.
İlkin məlumata görə, qəzada iki nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ