Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan Hava Yolları" (AZAL) QSC "PAŞA Travel" MMC ilə birlikdə Misirin Şarm əl-Şeyx şəhərinə çarter reyslərinin sayını artıracaq.
Bu barədə Musavat.com-a AZAL-dan bildirilib.
Məlumata görə, noyabrın 4-dən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ