Onlayn ictimai-siyasi qəzet
“Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş baş tutmasa, Moskva yeni sanksiyalarla üzləşə bilər”. Almaniya Kansleri Fridrix Merts deyib.
Kansler bildirib ki, Avropa İttifaqı artıq Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər hazırlayır. Həmçinin o, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni tariflər və digər cəzaları tətbiq edəcəyini istisna etməyib.
Rusiya hərbi komandanlığı Ukraynanın Donetsk vilayətinin Dobropilya şəhəri istiqamətində sıçrayışdan istifadə etmək cəhdlərindən əl çəkərək, qüvvələrini başqa istiqamətlərə yönəldib. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna ordusunun bu zonada son irəliləyişləri göstərir ki, Rusiya qoşunlarının infiltrasiya taktikası iflasa uğrayıb və onlar yerdə güclü müdafiə mövqeləri yarada bilməyiblər.
Analitiklər qeyd ediblər ki, rusiyalı təbliğatçılar son günlər Dobropilya bölgəsindəki sıçrayışla bağlı reportajları əhəmiyyətli dərəcədə azaldıb və Pokrovskla bağlı informasiya kampaniyasına başlayıblar.
“Bu, bir daha göstərir ki, Rusiya qoşunları möhkəm dayana və irəliləyiş əldə edə bilməyiblər və onlar diqqətlərini birbaşa Pokrovska yönəldirlər”, ISW vurğulayıb.
Təhlilçilərə görə, Rusiyanın Pokrovsk istiqamətindəki cəbhə boyu infiltrasiya taktikası və aşağı canlı qüvvə sıxlığı ruslara müvəqqəti olaraq Dobropilyanın şərq və cənub-şərqində məhdud taktiki manevr həyata keçirməyə imkan verib. Amma Rusiyanın sıçrayış zonasında fəaliyyət göstərən bölmələri dəstəkləmək və gücləndirmək üçün maddi-texniki baza qura bilməməsi işğal zolağını genişləndirməyə imkan verməyib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ