İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada uşaq sahibi olmamağı təbliğ edən filmlərə qadağa qoyuldu

Rusiya Mədəniyyət Nazirliyi 1 sentyabr 2025-ci ildən etibarən “uşaq sahibi olmaqdan imtinanı təbliğ edən” filmlərə kinoprokat şəhadətnaməsi verməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə RIA “Novosti” nazirliyin əmrinə istinadla məlumat yayıb. Yeni qaydalar 1 sentyabr 2030-cu ilə qədər qüvvədə olacaq.

Hazırda Rusiyada kinoprokat şəhadətnamələri artıq bir sıra mövzulara görə verilmirdi. Qadağalar siyahısına “LGBT təbliğatı, cinsin dəyişdirilməsi, zorakılıq, qəddarlıq, pornoqrafiya”, həmçinin narkotiklərin hazırlanması və digər qanunsuz hərəkətlər haqqında məlumatlar daxildir.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Vladimir Putin Rusiyada “çayldfri təbliğatı”nı qadağan edən qanunu imzalayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR