Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın tarif siyasəti Amerikanın dünyada nüfuzunu bərpa etməyəcək, əksinə, onun tənəzzülünü sürətləndirəcək.
Musavat.com xəbər verir ki, bu fikir “The New York Times”ın (NYT) məqaləsində deyilir.
Qəzetin qiymətləndirməsinə görə, ticarət danışıqlarında Ağ Evin tələblərinə “Avropa, Cənubi Koreya və Yaponiya üstüörtülü razılaşdığı halda”, iqtisadiyyatı inkişaf etməkdə olan ən böyük ölkələr – Braziliya və Hindistan “Amerikanın təzyiqinə müqavimətə yol açaraq” Vaşinqtona güzəştə getməyə hazırlaşmır.
Trampın tariflər tətbiq etməsindən sonra Braziliya ixracatçıları Afrika, Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiya şirkətləri ilə əlaqələr qurur. Qəzet qeyd edir ki, Hindistan şirkətləri öz məhsullarının dünya ölkələrinə ixracı üçün icazələrin alınması prosesini sürətləndiriblər.
Nəşrin yazdığına görə, Braziliya və Hindistan Trampın tariflərinin öhdəsindən uğurla gəlsələr, Amerikanın təzyiqinə müqavimət göstərə biləcəklərini sübut edəcəklər və bu, digər ölkələr üçün ABŞ-ın tarifləri ilə bağlı riskləri minimuma endirmək üçün öz strategiyalarını formalaşdırmaq üçün nümunə olacaq.
NYT qeyd Edir ki, Trampın tarifləri “başqa ölkələrə Amerikadan asılılığın təhlükəli olduğunu öyrədir”. Qəzetin məlumatına görə, getdikcə daha çox ölkə Vaşinqtonla iqtisadi əməkdaşlıqdan imtina edəcək və digər ölkələrlə tərəfdaşlıq əlaqələri quracaq.
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ