Onlayn ictimai-siyasi qəzet
Bu ayın əvvəllərində Bişkek-Balıqçı qatarında bələdçi işləyən Maksat Rəhmətov xidmət etikasını pozduğuna və əcnəbi sərnişinlə kobud rəftar etdiyinə görə sərt töhmət şəklində intizam tənbehi alıb və tutduğu vəzifədən azad edilib.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə “Qırğızıstan Temir Jolu” dövlət müəssisəsi məlumat yayıb.
Bildirilir ki, Asiya ölkələrinin birindən olan səyahət bloqeri qatarla İssık-Kula gedirmiş və maraqlı bir video çəkmək istəyirmiş. Lakin nəsə qatar bələdçisinin xoşuna gəlməyib və o, qadının ünvanına ağır sözlər deyərək və barmağıyla çırtıq çalaraq ondan video çəkməsini dayandırmağı tələb edib. Qadın bələdçiyə etiraz edib, daha sonra çəkdiyi videonu ictimailəşdirib.
Turistin dediyinə görə, qonaqpərvərlik gözlədiyi halda, turistlərə belə münasibət onu çox məyus edib.
"Həyatımda ilk dəfə irqçiliklə üzləşdim və təəssüf ki, bu, mənim sevimli Qırğızıstanımda baş verdi", - deyə bloqer yazıb.
Musavat.com
27 Avqust 2025
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ