İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Paşinyana cavab: “O layihə mif olaraq qalacaq”

Nikol Paşinyan jurnalistlərə bildirib ki, Ermənistan “Dünyanın kəsişməsi” layihəsində kommunikasiyaların açılması ilə bağlı mövqeyini çoxdan və yazılı şəkildə təqdim edib.

O deyib ki, məqsəd digər məsələlərlə yanaşı, müxtəlif şərhləri istisna etmək idi. Sitat: "Biz bu proqram çərçivəsində işə başlamışıq və onu davam etdirəcəyik. Yazılı təklifimizə Azərbaycandan yazılı cavab almamışıq. Müxtəlif iradlar var, amma prosesi düzgün dərk etməliyik. İcra prosesində hər bir layihənin nüansları var və onların üzərində işləmək lazımdır. Dünyanın kəsişməsində” biz dörd əsas prinsipi saxlamaqla prosedurları sadələşdirməyə hazırıq".

badam.jpeg (279 KB)

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir beynəlxalq layihə icra olunmayacaq.

Deputat qeyd edib ki, Zəngəzur dəhlizi açılmasa, Paşinyanın təqdim etdiyi deyilən “Dünya kəsişməsi”də bir mifik nağıl olaraq qalacaq:

“Əslində dünyanın kəsişməsi Azərbaycandadır, çünki ərsəyə gətirdiyimiz Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri dünya kəsiməsinin artıq reallaşdırdığımızın göstəricisidr. Fars körfəzi, Çin, Avropa və Rusiyadan gələn yüklərin logistikası Azərbaycanda artıq reallaşıb.

Paşinyan Azərbaycana yazılı təkliflər göndərmək əvəzinə Zəngəzur dəhlizinin açılmasını və müvafiq tələblərimizi icra edib sülh müqaviləsini imzalanmasını tezləşdirsə, ərsəyə gətirdiyimiz beynəlxalq nəqliyyat logistika layihələrinə qoşula bilər. Paşinyanın təqdim etdiyi kəsişmə isə ancaq xəyaldan başqa bir şey deyil”.

Deputatın sözlərinə görə, heç bir halda bu layihənin perspektivi yoxdur:

“İlk olaraq ona görə yoxdur ki, o layihəyə sərmayə qoyacaq tərəflər yoxdur. Azərbaycanın ərsəyə gətirdiyi bütün beynəlxalq layihələrin lokomotivi elə Azərbaycanın özü olub. Ermənistanın elə bir maliyyəsi yoxdur ki, hər hansı bir beynəxalq layihəyə təşəbbüs göstərib reallaşdıra bilsin. O cümlədən İranın da Ermənistanın mifik xəyallarına qoymağa pulu yoxdur.

İran Ermənistanın xəyallarını reallaşdırmaq əvəzinə Astara-Rəşt-Qəzvin dəmir yolunu öz hesabına tikib başa çatdırar və bu gün artıq işləyən dəhlizin dəmiryolu hissəsini başa çatdırmaqla daha çox qazanc əldə edə bilər. Bu baxımdan Paşinyanın özünün dünya kəsişməsi ilə bağlı utopiyasından hələ də uzağa getmədiyini deyə bilərik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR