Onlayn ictimai-siyasi qəzet
Bakıda ilk dəfə açıq şəkildə Rusiya ilə münasibətlərin köklü şəkildə yenidən nəzərdən keçirilməsi tələb olunub.
Musavat.com-un məlumatına görə, Azərbaycan QHT-lərinin Milli Forumu Rusiyada baş verənlərə dair son dərəcə sərt bəyanat yayıb.
Forumun bəyanatında vurğulanır ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən qətl və zorakılıq hadisələri təsadüfi deyil, sistemli xarakter daşıyır və bu, Rusiya hakimiyyətinin səssiz razılığı ilə baş verir.
Bəyanatda xüsusilə qeyd olunur:
“Yekaterinburqda baş verənlər yalnız qətlə yetirilmiş ailələrə yox, bütün Azərbaycan cəmiyyətinə vurulan ağır zərbədir.”
Milli Forum bunun fonunda Moskva ilə bütün əməkdaşlıq sahələrinin yenidən gözdən keçirilməsinə çağırıb.
Bu açıqlama həmçinin Rusiyada son günlər azərbaycanlılara qarşı artan nifrət və təzyiqlərin, Bakıda isə “Sputnik” və “Ruptly” əməkdaşlarının saxlanılmasının fonunda regionda daha sərt münasibətlər mərhələsinə keçidin siqnalı kimi qiymətləndirilir.
Musavat.com
01 Iyul 2025
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ