Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 20:50
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən “Qarabağ” – “Kopenhagen” oyununda hesab yenidən dəyişib.
Musavat.com xəbər verir ki, qarşılaşmanın 83-cü dəqiqəsində Emmanuel Addai fərqlənib və Azərbaycan təmsilçisi üstünlüyünü artıraraq hesabı 2:0 edib.
***
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ” – “Kopenhagen” oyununun ikinci hissəsinə start verilib.
Musavat.com xəbər verir ki, Azərbaycan təmsilçisi hazırda hesabda önə çıxıb – 1:0.
Komandanın ilk qolunu 28-ci dəqiqədə Abdullah Zubir vuraraq meydan sahiblərinə üstünlük qazandırıb.
***
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
Musavat.com-un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ