İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı separatçıların “xilası” üçün “şəkər və qan təzyiqi” uydurması

Erməni mətbuatı əli Azərbaycan xalqının qanına batmış şəxsləri, ərazilərimizdə bölücülüklə, separatizmlə məşğul olanları “qəhrəman”, “günahsız” kimi qələmə verir. 

“Joqovurd” iddia edir ki, guya  Levon Mnatsakanyanın şəkər xəstəliyi ilə bağlı ciddi problemləri var və həbsxana şəraitində xəstəlik daha da ağırlaşıb, Bako Saakyanın da qan təzyiqi və ürək-damar sistemində ciddi problemləri mövcuddur. Guya Ruben Vardanyan aprel ayında aclıq aksiyası keçirdiyi və saxlanma şəraitinin pis olması səbəbindən pisləşib. 

Bu, əlbəttə, yeni erməni hiyləsidir. Onları həbsxanadan, ədalət məhkəməsinin qarşısına çıxmaqdan xilas etmək üçün hər cür uydurmalara əl atırlar. Bir məqamı da xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin nümayəndələri separatçılara baş çəkir və onlar dəfələrlə bəyan ediblər ki, sözügedən şəxslərin nə saxlanma şəraitlərindən, nə də başqa məsələlər barədə şikayətləri var. Amma indi erməni mediası onlardan “xəstə obrazı” yaratmaqla beynəlxalq təşkilatların diqqətini cəlb etməyə cəhd edirlər.  

Yada salaq ki, 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb, təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Bundan sonra ittiham aktı məhkəməyə göndəriləcək. Azərbaycan qanunlarına görə, müttəhimlər və onların vəkillərinə ittiham aktı ilə tanış olmaq üçün işin həcmindən asılı olaraq 1-3 ay zaman ayrılır. 

Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərləri müharibə cinayətlərində ittiham olunurlar. Azərbaycanın hüquq-mühafizə orqanları və istintaqçıları erməni separatçılarının ötən 30 il ərzində xalqımıza qarşı törətmiş olduğu hərbi cinayətləri detalları ilə araşdırıb. Azərbaycanlılara qarşı soyqırımında, doğma yurd-yuvalarından qovulmasında, əmlaklarının talan edilməsində və s. kimi cinayətlərdə iştirak ediblər. Erməni uydurması nəyə hesablanıb, COP29 ərəfəsi Azərbaycana beynəlxalq təzyiqləri artırmaq istəməklə nəyə nail olmağa ümid edirlər?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

Deputat Azər Badamov saxlanılan hər bir separatçının qanun qarşısında cavab verəcəyini qeyd etdi: “Bakıdakı separatçılara ermənilərin qan təzyiqi və şəkərdən əziyyət çəkmə kimi xəstə obrazını yaratmaqda məqsədi COP29 tədbiri ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək və Azərbaycana təzyiq göstərmək üçün beynəlxalq rəy yaratmağa hesablanıb. Əslində Bakıda təcridxanada saxlanılan separatçılar üçün həbsxana həyatı normalarına uyğun hər bir şərait yaradılıb. O cümlədən Qırmızı Xaç Komitəsinin nümayəndələri də mütəmadi olaraq onlara baş çəkirlər. Separatçılar saxlanma şəraitindən narazılığını heç vaxt bildirməyiblər. Hətta onlara öz ailələri ilə danışmaq üçün mütəmadi şərait yaradılır. Hər bir cinayətkar özünün törətdiyi cinayətlərinə görə cəzasını almalıdır. Onlar azərbaycanlılara qarşı soyqırımlar törədəndə bu günün gələcəyini bilmirdilər? Hətta azərbaycanlılara işgəncələr verəndə, ölmüş canları təhqir edəndə insanlıq harada idi? Onların etdiklərini təkrarlayanlar olsaydıq, 20 sentyabrda biz də bunu edə bilrdik. Amma biz ermənilərə Qarabağda vətəndaşlarımız kimi yaşamağa qalmağını tövsiyyə etdik. Azərbaycan vətəndaşlığını almağı özünə yaraşdırmayanlara isə ərazilərimizi könüllü şəkildə tərk etmək üçün təhlükəsiz şərait yaratdıq. Biz çox humanist xalqıq. Belə ki, onların azərbaycanlıların başına gətirdikləri oyunlarını biz təkrarlamırıq. Biz saxlanılan bütün separatçılara qanun çərçivəsində yanaşırıq və onlar ittiham kürsüsünə çıxarılacaqlar. Saxlanılan 15 nəfərin əli qana bulaşıb. Onlara qarşı qoyulan ittihamlar tam ədalətlidir və hətta yumşaq davranmamız kimi də qeyd edə bilərəm. Ermənilər onlar haqqında nə obraz yaratsalar da bir köməyi olmayacaq. Cinayətkarlar cəzalanacaqlar”.

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva Ruben Vardanyanla bağlı prosesin kökündə ən çox da onun maliyyəsinin dayandığını düşünür: “Ermənilərin separatçı və cəlladları imkan düşüncə gah "qəhrəman", “fədai”, gah da “məzlum”, “yazıq” kimi qələmə verilir. Adətən ikinci yola quyruqları qapı arasında qalanda baş vururlar. Bu, elə erməni xislətinin əyani göstəricisidir. Artıq erməni xisləti nəinki bizi, dünyada heç kəsi təəccübləndirmir. Hər kəs ermənilərin xəstə təfəkkürünün müalicəsinin olmaması ilə barışıb. İşğalçı ölkə mediasının bu cür saxta ittiham və qarayaxma kampaniyalarına məhz indi start verməsi təəccüblü deyil. Çünki Azərbaycan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməyə hazırlaşır. Onlar Azərbaycanı yenə də dünyaya “qara fon”da təqdim etməyə çalışırlar. Levon Mnatsakanyan və Arkadi Qukasyan qatı müharibə cinayətkarlarıdır. Eləcə də Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərləri müharibə cinayətlərində ittiham edilirlər. Fikrimcə, ermənilərin qara kampaniyaları onların əməllərinin qarşılığı olaraq həbsdə yatmalarına maneə yarada bilməyəcək. Çünki onların hamısı öz suç və günahlarını etiraf ediblər. Hətta Araik Arutyunyan Gəncədə onlarla sivilin ölümünə görə məsuliyyət daşıdığını həbs olunmamışdan əvvəl dilə gətirmişdi. Onların Ermənistana ekstradisiyası da mümkün deyil. Fikrimcə, erməni mediası sözün hər iki mənasında “təzyiq” göstərərək “məzlum cəlladları”ın İrəvana köçürülməsinə nail olmaq istəyirlər. İstənilən halda bu mümkün olmayacaq. Ruben Vardanyanı isə Qərbdəki havadarları həbsdən azad etmək üçün dəridən-qabıqdan çıxır. Ona görə ki, onun pulları Rusiya-Ukrayna savaşında Ukrayna üçün çox vacib sərmayə və donor ola bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR