İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yüksək gərginlikli elektrik xəttində qəza baş verib

"Azərişıq" ASC Bakının Nizami rayonunda yüksək gərginlikli elektrik xəttində baş verən qəza ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, qəza baş verən ərazidə abonentlərin elektrik enerjisi təchizatı tam təmin edilib:

"Qəza baş verməsi ilə bağlı 199 saylı çağrı mərkəzinə müraciət daxil olan kimi təmir-bərpa briqadaları əraziyə yollanıb.

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatının kəsilməməsi üçün dairəvi sxem üzrə abonentlər ehtiyat xətt vasitəsilə elektrik enerjisi ilə təmin edilib.

Hazırda qəza baş verən ərazidə bütün abonentlərin elektrik enerjisi təchizatı qaydasındadır. Əməkdaşlarımız ərazidə çalışır və qarşıdakı saatlarda qəza baş verən xətt təmir edilərək istismara veriləcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR