İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yol ÇÖKDÜ: Sürücülərdən ŞİKAYƏT - VİDEO

Bakıda metronun "Həzi Aslanov" stansiyasının qarşısındakı yol çökməkdədir.

Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsindən gedir.

Hətta bəzi şəxslər illərdir həmin ərazidə yolun bu cür olduğunu deyirlər.

Sürücülər bildiriblər ki, həmin hissə bir-iki dəfə təmir edilsə də, yenə mənzərə ciddi şəkildə dəyişməyib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən problemdən xəbərdardırlar. Aidiyəti üzrə məlumat verilib və yaxın günlərdə yolun çökən hissəsi təmir ediləcək.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR