İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda üzərində “Makarov” gəzdirən şəxs saxlanıldı

Paytaxt ərazisində üzərində qanunsuz olaraq “Makarov” gəzdirən daha bir şəxs saxlanılıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Elxan Vahabov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

E.Vahabov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR