Onlayn ictimai-siyasi qəzet
Bakının Binəqədi rayonunda qatarın vurduğu adamın ölməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayev Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovoz (qatar) ehtiyatsızlıqdan onu vurub.
Hadisə nəticəsində P.Mustafayev almış olduğu xəsarətlərdən avqustun 26-da xəstəxanada ölüb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ