Onlayn ictimai-siyasi qəzet
BBC-nin rus xidməti dünən Yunanıstan hakimiyyətinə istinadla NATO-nun hərbi-dəniz bazasının yerləşdiyi Krit adasında casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşının həbs edilməsi barədə məlumat yayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məlumatda iyunun 21-də Kiprdə Azərbaycan əsilli Britaniya vətəndaşının həbs olunduğu da bildirilib. O, İranın xeyrinə casusluq və terror aktı təşkil etmək niyyətində şübhəli bilinir.
Yunanıstan və Kipr hakimiyyəti iki həbsin əlaqəli olub-olmadığını dəqiqləşdirməsə də, sonradan bir şeyi dəqiqləşdirib ki, Kritdə həbs olunan 26 yaşlı şəxs Azərbaycan vətəndaşı deyil, İranın şimalında yaşayan, etnik kökəncə Azərbaycan türkü olan adamdır və o, Kritə Polşa pasportuyla turist kimi daxil olub və Souda körfəzindəki NATO bazası yaxınlığındakı oteldə yaşayıb. Agentliyin mənbəsinin sözlərinə görə, onun noutbukunda 5000-dən çox fotoşəkil və şifrələmə proqramı tapılıb.
Maraqlıdır ki, bu xüsusda yayılan məlumatlarda ölkəmizin adı hallandırılır. Mətndə izahat verirlir ki, həbs edilən şübhəli Azərbaycan dövlətinin vətəndaşı deyil, ancaq xəbər başlıqlarında “casusluq edən iranlılar” yox, “azərbaycanlılar” qeydi yer alır.
Bu, ona oxşayır ki, tutulan şəxslər, məsələn, Mazandaran vilayətindən olsaydı, xəbər başlığı “Kritdə İrana işləyən mazandaranlılar tutulub” kimi olmalı idi.
Təbii ki, bu cür xəbər başlıqları təxribat səciyyəsi daşıyır, bir şəkildə ölkəmizin adının regionu və dünyanı sarsıdan hərbi gərginlikdə hallandırmaq arzusundan doğur.
Maraqlıdır ki, BBC də həqiqəti bilə-bilə yaydığı xəbərin başlığındakı yanlışı düzəltmir və eləcə də tirajlayır.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ