İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva hava limanında dəhşət – 1 yaşlı körpəyə qarşı GÖRÜN NƏ ETDİ (VİDEO 18+)

Moskvanın "Domodedovo" hava limanında baş verən dəhşətli hadisə ictimaiyyətdə ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, 31 yaşlı Belarus vətəndaşı Vladimir Vitkov heç bir səbəb olmadan 1,5 yaşlı əfqan körpəyə hücum edib.

İlkin məlumata görə, Vitkov Qahirədən Moskvaya enib və baqajların verildiyi zonada olarkən Kabildən gələn əfqan ailəsinə yaxınlaşıb. O, qəfil şəkildə ailənin 1,5 yaşlı oğlu Məhəmməd Əfzalı qucaqlayıb və uşağı başı üstə yerə çırpıb. Şahidlərin sözlərinə görə, hadisənin heç bir məntiqi səbəbi olmayıb – kişi tamamilə nəzarətsiz vəziyyətdə olub.

Ağır xəsarət alan körpə dərhal Rusiya Elmi-Tədqiqat Uşaq Cərrahiyyəsi İnstitutu – Rojal Mərkəzinə çatdırılıb. Həkimlər uşağın kəllə sümüklərində və onurğasında ciddi qırıq aşkarlayıblar. Hazırda uşaq komadadır və həyatı təhlükə altındadır.

Vitkov dərhal saxlanılıb. Tibbi müayinənin nəticələrinə əsasən, onun qanında yüksək miqdarda kannabis (narkotik maddə) aşkar olunub. Ekspertlər bildirir ki, o, hadisə zamanı tamamilə narkotik təsiri altında olub.

Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə idarəsi tərəfindən azyaşlını qəsdən öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Hadisənin səbəbləri və motivləri hazırda istintaq altındadır.

Hadisənin görüntülərini təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR