İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Slovakiyanın Milli Günü qeyd edilib - Fotolar

Sentyabrın 1-də Slovakiya Respublikasının Milli Günü münasibətilə Bakıda rəsmi tədbir keçirilib.

Musavat.com bildirir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.

Daha sonra Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak çıxış edib. Səfir qeyd edib ki, 30 illik suverenlik dövründə Slovakiya sosial-iqtisadi transformasiyada və beynəlxalq arenada, eləcə də Aİ və NATO-nun üzvü kimi fəal fəaliyyətində daim uğurlar qazanıb.

"Bu il biz Slovakiyanın müstəqilliyinin, həmçinin Slovakiya-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyini qeyd edirik.

Slovakiya ilə Azərbaycan arasında kifayət qədər intensiv siyasi dialoq, yüksək səviyyəli səfərlər, genişlənən iqtisadi əməkdaşlıq və artan mədəniyyət tədbirləri ilə öz əksini tapmış dostluq münasibətləri mövcuddur.

Ötən dövr ərzində yüksək səviyyəli səfərlərin intensivliyini nümayiş etdirmək üçün onu qeyd etmək kifayətdir ki, Slovakiya parlamentinin sədri cənab Boris Kollar son iki ildə iki dəfə Bakıda olub və iki günə bir daha, üçüncü dəfə Bakıya səfəri gözlənilir.

Həmçinin Slovakiyanın xarici işlər nazirləri iki ildən bir Azərbaycana səfər edirdilər. Bu il biz Azərbaycanın xarici işlər naziri cənab Ceyhun Bayramovu Bratislavada rəsmi səfər ilə qarşıladıq", deyə səfir qeyd edib.

Milan Layçak həmçinin xatırladıb ki, bu ilin sonuna qədər Bratislavada Azərbaycan səfirliyi açılacaq.

"Bu, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində daha bir addımdır", deyə səfir vurğulayıb.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev də çıxış edərək, ölkələr arasındakı sıx əməkdaşlıqdan söz açıb:

"Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq inkişaf edir. Slovakiya şirkətləri Azərbaycanda ən müxtəlif sahələrdə fəaliyyət göstərir. Əldə edilmiş razılaşmalar gələcəkdə təbii qazın təchizatı barədə də perspektivlər açır. Ümid edirik ki, tezliklə Azərbaycan -Slovakiya iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək".

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR