İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda slovak rəssamının sərgisinin açılışı olub - Fotolar

Martın 6-da Bakıda Slovakiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə slovak rəssamı Ştefan Koçkanın rəsm sərgisinin açılışı olub.

Musavat.com bildirir ki, tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin açılışında Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçak çıxış edərək, rəssam və onun rəsm sərgisi haqqında tədbir iştirakçılarına məlumat verib:

"Bir ildən az müddət ərzində səfirliyimiz Bakıda artıq üçüncü sərgidir ki, təşkil edir.

Bu gün slovak rəssamı Ştefan Koçkanın rəsm sərgisini açırıq. Sərgi “Oddan doğulmuşlar” adlanır. Onun rəsm əsərlərinin əsas mövzusu dəmirçilərdir. Ştefan Kockan uşaqlıqda tez-tez dəmirçi emalatxanasına gedir, dəmirçilərin açıq odla işləməsini izləyirdi. Bu sonradan onun əsərlərində özünü göstərən əbədi xatirələr yaratdı.

Ştefan Koçka rəssamlıqla yanaşı incəsənətin bərpası işlərində tanınmış mütəxəssisdir. O, həm ölkə daxilində, həm də xaricdə bir çox muzeylər, qalereyalar, kitabxanalar və arxivlərlə əməkdaşlıq edir, konsaltinq yardımı göstərir, bərpa işlərini həyata keçirir. Çoxsaylı bərpa layihələri, işlərinə görə bir çox mükafatlara layiq görülüb".

Rəssam Ştefan Koçkan da çıxış edərək, sərgi iştirakçılarına öz təşəkkürünü bildirib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olub.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR